BP rekord məbləğdə cərimə ödəyəcək

BP rekord məbləğdə cərimə ödəyəcək

Şirkətin 4,5 milyardı 5 il müddətinə ödəyəci gözlənilir

Neft sənayesinin nəhənglərindən olan "Britiş Petrolium" şirkəti 2010-cu ildə Meksika körfəzində baş vermiş neft sızması ilə nəticələnən qəzaya görə nəzərdə tutulan 4,5 milyard dollarlıq cəriməni ödəməyə razılıq verib. Şirkətin bu məbləği 5 il müddətinə ödəyəci gözlənilir.

Qeyd edək ki, qəza zamanı şirkətin 11 əməkdaşı həyatını itirmiş və Meksika körfəzinə böyük həcmdə neft sızmışdı. ABŞ məhkəməsi şirkətin iki əməkdaşını insan ölümünə səbəb olmaqda və işində məsuliyyətsizliyə yol verməkdə ittiham edir. Ətraf mühitə dəyən ziyana görə isə, əlavə bir neçə milyard doların ödənilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, şirkət tərəfindən ödəniləcək cərimə Amerika Birləşmiş Ştatlarının tarixində rekord məbləğdə cərimə ödənişi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə