Milli Məclisin (MM) bugünkü plenar iclasında "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə barədə MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında" 2012-ci il martın 19-da imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatları ilə (qeyd-şərtin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilib.
İclasda həmçinin "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" "Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar orden və medalların təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Beləliklə, "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı" təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB