Turizm saytımız qızıl mükafata layiq görülüb

Turizm saytımız qızıl mükafata layiq görülüb

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın "CNN" telekanalı arasında əməkdaşlıq çərçivəsində yaradılmış, Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar üçün ölkəmizin turizm infrastrukturu, mətbəxi, əl sənətkarlığı və turizm bölgələri haqqında dolğun məlumatların əks olunduğu sayt qızıl mükafata layiq görülüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, "www.atoz.az" (Azerbaijan from A to Z) internet saytı Beynəlxalq Rəqəmsal Mədəniyyət və Elmlər Akademiyasının mütəxəssislərinin səsverməsinə əsasən, "Səyahət və turizm" kateqoriyasında "Qızıl mükafat"a layiq görülüb.

Avropanın 20-dən çox ölkəsində istifadəçi sayına görə qalib olan saytda istifadəçilər öz turizm marşrutlarını xəritədə görə, həmçinin "Twitter" və "Facebook" sosial şəbəkələri vasitəsilə paylaşa bilərlər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi ilə "CNN" telekanalı arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, həmin telekanalda Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə