Dövlət Neft Fondunun büdcə gəlirləri 10 milyard manat, büdcə xərcləri isə 7,5 milyard manat təşkil edib
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 076,4 milyon manat, büdcə xərcləri isə 7 531,0 milyon manat təşkil edib. ARDNF-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2012-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 625,7 milyon manat, tranzit gəlirləri 5,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 440,4 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 79,3 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 7 038,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 251,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 115,1 milyon manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 97,0 milyon manat vəsait ayrılıb. 8,3 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2012-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlıdır.
Bu il oktyabrın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 11,4 faiz artaraq 33 192,4 milyon ABŞ dollarına bərabər olub. Bu ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 oktyabr 2012-ci il tarixinə qızılın miqdarı 10 ton 891 kq (350 146 troy unsiya) təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB