İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında aparılan monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda H.Əliyev küçəsi, 98A ünvanında Mübariz Qurbanova məxsus mağazada Nəsimi rayonunda 20 Yanvar küçəsi, 15C ünvanında "Yenilik market"də, Azadlıq prospekti, ev 72 ünvanında Ağaddin Məmmədova məxsus mağazada, M.Qaşqay küçəsi, 41/16, mənzil 2 ünvanında Emin Vəliyevə məxsus mağazada, A.Mustafayev küçəsi, 30/14 ünvanında Lətif Mehdizadəyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Nərimanov rayonunda F.Xoyski küçəsi, 136/33 ünvanında yerləşən "Moskva market"də, C.Hacıbəyli küçəsi, ev 24, mənzil 2 ünvanındakı "Dadlı market"də, Nəsimi rayonunda M.Qaşqay küçəsində Məmmədrahim Məmmədova və Xəyyam Mahmudova məxsus mağazalarda, H.Seyidzadə küçəsi, ev 35, mənzil 1 ünvanında Azad İlyasova məxsus mağazada, A.Məhərrəmov küçəsi, ev 38 ünvanında İnarə Rüstəmovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkar olunub.
Mingəçevir şəhərində Bazarın yanında Fikrət Əmirova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.
Ağdam rayonunda Bənövşələr qəsəbəsində İnqilab Babayevə məxsus mağazada, Mingəçevir şəhərində M.Maqomayev küçəsi, 51 ünvanında İlqar Mayılova məxsus mağazada, Masallı rayonunda Gəyəçöl kəndində Elnurə Abuşovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 200 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB