İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkiyədən Azərbaycana keçdi. SİA-nın məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirib.
Onun sözlərinə görə, Türkiyə İƏT-ə sədrlikdə təcrübəsini bölüşməyə hazırdır: "Sədrlik Türkiyəyə iki il əvvəl keçmişdi. O zaman dünya iqtisadi böhranın ən çətin dövrünü yaşayırdı. Türkiyə əmindir ki, Azərbaycanın quruma sədrliyi dövründə İƏT ölkələri arasında iqtisadi əməkdaşlıq genişlənəcək".
Qeyd edək ki, bu gün Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti öz işinə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB