Dövlət vergi orqanlarına xidmətə qəbul olunmaq üçün müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında 15.10.2012-ci il tarixdən 11.11.2012-ci il tarixədək aparılır. İştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalı, namizədin müvafiq kodunu almalıdırlar. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat əldə edə bilərlər.
Sənədləri qəbul edilən namizədlər 28.11.2012-ci il tarixdən 01.12.2012-ci il tarixədək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 02.12.2012-ci il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcək. "Elektron ərizə" forması internet vasitəsi ilə tərtib edilən zaman hər hansı problem yaranarsa, namizədlər 403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyin inzibati binasının qəbul otağına, Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsinə, ərazi vergilər idarələrində ayrılmış xüsusi otaqlara və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edirik ki, hüquqşünas və mühasib vəzifələrinə yalnız hüquqşünas və iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış vətəndaşlar ərizə verə bilərlər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB