Özbəkistanda faktiki olaraq bütüm mağazalarda alkoqollu içkilərin satışı dayandırılıb. "Uzmetronom" xəbər verir ki, buna səbəb spirtli içkilərə lisenziyaların yeni qaydalar üzrə verilməsidir.
Bu barədə məlumat verən adının çəkilməsini istəməyən mənbə bildirib ki, lisenziyaların alınmasına fantastik rəqəm qoyulub. Bununla da, məsələn, toylara leqal yolla araq və konyak almaq olmur. Piştaxta altından satılan belə içkilərin qiyməti isə çox bahadır.
Xatırladaq ki, bu ilin aprelində Özbəkistanda alkoqollu içkilərin istehsalını və satışını məhdudlaşdıran qanun qüvvəyə minib. Bu qanuna əsasən, ictimai yerlərdə alkoqollu içkilərin satışı qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB