Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində yeni istiqamət üzrə 1b texniki dərəcəli yolun tikintisi davam etdirilir. SİA-nın Azəryolservis ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunluğu 60km, eni 28m nəzərdə tutulan layihə çərçivəsində 7 müxtəlif səviyyəli yol ötürücüsü, 10 körpü, müxtəlif diametrlərdə suötürücü borular, yükötürücü qurğular, yol və heyvan keçidləri olacaq.
4 hərəkət zolağı üçün nəzərdə tutulan magistral boyu artıq torpaq işlərinin 60 faizi yerinə yetirilib, 169 dairəvi, 22 düzbucaqlı en kəsikli, 21 xidməti (kommunikasiya xətlərinin keçirilməsi üçün) boru tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB