Bolqarıstan Türkiyə sərhədində təbii qaz axtarışlarına başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Bolqarıstanın İqtisadiyyat və Enerji naziri Delya Dobrev ölkənin cənubunda, Türkiyə sərhədinə yaxın bölgədə neft və təbii qaz axtarışına başlayacaqlarını söyləyib. Onun sözlərinə görə,Türkiyənin Trakyada qaz axtarışlarına başlaması, ölkədə potensialın yüksək olduğunu göstərir.
Qeyd edək ki, Bolqarıstanın Maliyyə naziri Simeon Dyankov isə qanuni tənzimləmələrlə benzinin qiymətini az da olsa aşağı salmaq üçün fəaliyyətə başladıqlarının bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB