Səudiyyə Ərəbistanının Məkkə şəhərinə uzun müddətli inkişaf planı çərçivəsində 27 milyard dollarlıq sərmayə qoyulacağı və 2040-ci ildən etibarən 4 milyona yaxın ziyarətçiyə ev sahibliyi edəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iki il bundan əvvəl başlanan layihə çərçivəsində "Məscidi-i Haram" və digər müqəddəs məkanların genişləndirilməsi ilə ziyarət edənlərin sayının 2.5 milyondan 2.8 milyona qədər artığı ifədə olunub. Kəbə və Ərafat dağına gedən yolların genişləndirilməsi, həmçinin ilk sərnişin qatarının və avtobuslarının da qonaqların xidmətinə təqdim olunacağı nəzərdə tutulub. Qeyd edək ki, layihə çərçivəsində bütün müqəddəs məkanların 2040-ci ilə qədər genişləndiriləcəyi qeyd olunub. Dünyanın dörd bir tərəfindən gələn hacı namizədləri üçün yeni yol və binaların inşa edilməsi də planlaşdırılıb.
Məlumat üçün bildirək ki, genişlənmə planına 2010-cu ilin sonunda xidmətə başlayan dünyanın ən yüksək Saat qülləsi də daxil edilib. Xatırladaq ki, Kəbəyə baxan Saat qülləsinin hündürlüyü 601 metrə çatır və Dubaydakı 828 metrlik Bürc Xəlifə qülləsindən sonra dünyada ikinci yerdədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB