Neft ucuzlaşıb

Ötən həftə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,1% azalaraq 1 barelə görə 96,15 dollar təşkil edib. Bundan başqa "Bloomberg" agentliyinin verdiyi məlumata görə, avqustun 24-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,2 azalaraq 113,59 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə