Bu ilin ilk yarısında bankların ümumi gəlirləri 756,7 milyon manat təşkil edib və ötən ilin müvafiq dövründəki səviyyədən 12,9 faiz - 86,4 milyon manat çox olub. SİA-nın Azərbaycan Mərkəzi Bankının rəsmi saytına istinadən verdiyi məlumat görə, I yarımillikdə cəmi faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz, 64,5 milyon manat artaraq 1 iyul 2012-ci il tarixə 593,7 milyon manata çatıb. Bundan başqa 2012-ci ilin 6 ayı ərzində bankların cəmi qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artıb və hesabat dövrünün sonuna 163 milyon manat təşkil edib.
Mərkəzi Bankdan həmçinin bildiriblər ki, bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 12,4 faiz artıb. Faiz gəlirlərinin orta aktivlərə nisbəti müvafiq dövrlə müqayisədə 0,1 faiz bəndi azalaraq dövrün sonuna 7,6 faiz təşkil edib.Faiz gəliri gətirən digər əməliyyatlardan əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq və orta aktivlərə nisbətdə sabit qalaraq 0,6 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB