Dünya bazarında 1 ton avtomobil benzininin qiyməti 891,55 dollar olub

Dünya bazarında 1 ton avtomobil benzininin qiyməti 891,55 dollar olub

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyun ayında 7 min 689 ton avtomobil benzini, 75 min 214 ton dizel yanacağı, 3 min 843 ton təyyarə yanacağı ixrac edib. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, ümumilikdə, 2012-ci ilin yanvar-iyun ayları ərzində 40 min 779 ton avtomobil benzini, 456 min 624 ton dizel yanacağı, 52 min 72 ton təyyarə yanacağı ixrac edilib. 2012-ci ilin iyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 891,55 dollar, təyyarə yanacağının - 875,14 dollar, dizel yanacağının - 828,42 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 597,54 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə