İyunda Ceyhan limanından 1 milyon 618 min 587 ton xam neft ixrac edilib

İyunda Ceyhan limanından 1 milyon 618 min 587 ton xam neft ixrac edilib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyun ayında Novorossiysk limanından 164 min 662 ton, Supsa limanından 80 min 788 ton, Ceyhan limanından 1 milyon 618 min 587 ton xam neft ixrac edib. SİA-nın ARDNŞ-a istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 985 min 405 ton, Supsa limanından 1 milyon 296 min 460 ton, Ceyhan limanından isə 10 milyon 352 min 191 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə