2012-ci ildə respublikada 27 yaşayış məntəqəsi qazlaşdırılıb

\'\'Azəriqaz\'\' İstehsalat Birliyində (İB) qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, eləcə də əhalinin texnoloji rejimə uyğun təbii qazla fasiləsiz təmin edilməsi məqsədi ilə tədbirlər, təmir-tikinti işləri davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, ölkənin qaz təchizatı sistemində mövcud problemlər intensiv surətdə aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri \'\'mavi yanacaq\'\'la təmin olunur. Qurumdan SİA-ya verilən məlumata görə, 2012-ci ilin mayında respublikanın 14 rayonunun 27 kəndinə təbii qaz verilib. Ümumilikdə 5.936 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb, ümumi uzunluğu 346 min 184 metrdən çox müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə