Azərbaycan Fransada keçiriləcək şərab festivalında iştirak edəcək

SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 20-də Fransanın Burqundiya regionunun Oser şəhərində \"Oserin üzüm gülləri\" şərab festivalı keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti mayın 18-21-də Oser şəhərində səfərdə olacaq.

Ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunacaq. Burada həmçinin, milli mətbəximiz və musiqimiz ziyarətçilərə təqdim ediləcək.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində olacaq, təcrübə mübadiləsi aparacaqlar. Səfər zamanı Azərbaycan və Fransanın bir sıra şəhərləri arasında əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə