Bir ayda Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti satılıb

Bir ayda Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti satılıb
Mart ayında Ceyhan limanından dünya bazarlarına 2,5 milyon tona yaxın Azərbaycan nefti çıxarılıb. SİA-nın verdiyi xəbərə görə,ötən ay ərzində Ceyhan limanından dünya bazarlarına 2 milyon 488 min 441 ton Azərbaycan nefti çıxarılıb.

Cari ilin yanvar-mart aylarında bu göstərici 7 milyon 304 min 920 ton təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara veriləndən 2012-ci il aprel ayının 1-dək Ceyhan limanından 181 milyon 322 min 948 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə