170 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin mağazalarında yoxlamalarını davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Sabunçu rayonunda;
Bakıxanov qəsəbəsində yerləşən "Elvin market"də və "Ziyad market"də,
Səbail rayonunda
Salyan şossesi, 20-ci dairə ünvanında Elmir Bəhmənliyə məxsus mağazada, E.Əzizov küçəsi, ev 14 ünvanında yerləşən "Smak market"də,
Nizami rayonunda
Naxçıvanski küçəsindəki "Nigar market"də və Azər Nəbiyevə məxsus mağazada, Q.Qarayev prospekti və Naxçıvanski küçəsinin kəsişməsində yerləşən "Samir market"də, Q.Qarayev prospektində Afət Əlişovaya və İlham Talıbova məxsus mağazalarda,
Abşeron rayonunda
Hövsan südçülük sovxozu, N.Şirinov küçəsi, ev 17 ünvanında Fərhad Əhmədova məxsus mağazada,
Qusar şəhərində
M.Vəliyev küçəsində Erik Novruzbəyova məxsus mağazada,
Cəlilabad şəhərində
H.Əliyev prospektində Polad Cəfərova məxsus mağazada ümumi çəkisi 170 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB