"Gəncə Regional Elektrik Şəbəkəsi"nin balans mənsubiyyətinə məxsus olan enerji obyektlərində mövcud iqlim şəraitinə hazırlıq məqsədilə ötən ilin son üç ayı ərzində bir sıra təmir-bərpa işləri yerinə yetirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, son aylar ərzində REŞ-in "Samux" elektrik şəbəkəsində 6-10 kV-lik və 0,4 kV-lik elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılaraq normal iş rejiminə gətirilib. Ümumiyyətlə, sözügedən dövr ərzində bu xətlərin 33 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bununla yanaşı, burada 4 ədəd transformator da əsaslı təmir edilib. Eyni zamanda 5 transformator məntəqəsində (TM) və 2 transformatorda cari təmir işləri də aparılıb. REŞ-in balans mənsubiyyətində fəaliyyət göstərən "Daşkəsən" elektrik şəbəkəsində də müvafiq tədbirlər aparılıb. Belə ki, burada elektrik verilişi xətlərinin dayanıqlığının daha da yüksək səviyyədə olması üçün 0,4 kV-lik və 6-10 kV-lik hissələrdə əsaslı təmir işləri görülüb. Digər 6-10 kV-lik və 0,4 kV-lik EVX və 2 ədəd TM-də cari təmir işləri yerinə yetirilib. EŞ-in xidməti ərazisində sözügedən xətlərin ümumilikdə 2,7 kilometrə yaxın hissəsi təmir edilib. "Ağstafa" elektrik şəbəkəsində isə EVX-lərin 6,2 kilometrə yaxın hissəsinin təmiri ilə yanaşı, 20-yə yaxın transformatorda və 18 ədəd TM-də təmir aparılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB