BP şirkəti Gəncədə fermerlər üçün yeni layihəsini təqdim edib
BR şirkəti Gəncədə "İcma Biliklərinni artırılması və bacarıqların inkişafı" mövzusunda konfrans keçirilib. Tədbirdə əsasən qaz və nef kəməri keçən ərazilərldə yaşayan fermerlərlə görüş keçirilib.
SİA-nın bölgə müxbirinin məlumatına görə layihədə əsas məqsəd ərazidə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq, həmçinin məhsuldarlığın artırılmasına xidmət etməkdir.
BP şirkətinin vitse-prezidenti Seymur Xəlililovun verdiyi məlumata görə 2003-cü ildən etibarən adıçəkilən şirkət sözügedən istiqamətdə bir sıra layihələri davam etdirir ki, yeni proqram da məhz bu məqsədə xidmət edir. Yeni layihədə göstərilən tələblərə gəlincə, ilkin mərhələdə arıçılıcın inkişafına və içstixanalrın bərpasına diqqət artırılacaq. Hələlik, layihənin dəqiq məbləği açıqldanmayıb. Vəsait həyata keçiriləcək proqramların yararlığından aslı olaraq ayrılacaq. Bildirək ki, hazırda BP-şirkətinin dəstəyi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri ölkənin 13 rayonunun ərazisindən keçir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB