Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” adlı beynəlxalq konfrans keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

SİA-nın verdiyi xəbərə görə tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini (SAM) Gülşən Paşayeva bildirib ki, konfransın keçirilməsində məqsəd iqtisadi və siyasi məslələlər də daxil olmaqla "Avropa Xəzər dəniz enerji" layihələrin inkişafına kompleks nəzər yetirmək regionda Azərbaycanın mövqeyini təmin etməkdən ibarətdir.

Daha sonra çıxış edən Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun enerji proqramının baş müşaviri səfir Vilyam Ramsey bildirib ki, konfrans cənub-şərqi Avropa region enerji təminatı barədə fikir mübadiləsi aparmağa və regionda əməkdaşlığın daha da genişləndirliməsinə böyük yardım edəcək. Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinin müşaviri Murad Heydərov Avropa enerji təhlükəsizlik sistemində Azərbaycanın oynadığı roldan danışıb. O qeyd edib ki, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyinə təsiri Xəzər cənubi Qafqaz regionuna müasir geosiyasəti və regional əməkdaşlıq məsələləri gündəmdə duran ən vacib nüanslardan biridir.

Həmçinin o qeyd edib ki, ölkəyə yeni sərmayələrin cəlb olunması işgüzar əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər xüsusilə diqqət cəlb etmələidir. Konfransda eyni zamanda Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun prezidenti Gul Luft Enerji Strategiyası üzrə Rusiya İnstitutunun direktor müavini Aleksey Qromov, Rusiya Elmlər Akademiyası nəzdində Avropa İnstitutunun Enerji Mərkəzinin rəhbəri Aleksey Xaytun, Baxçaşəhər Universitetinin (Türkiyə) professoru Mert Bilgin və digər ekspertlər çıxış edib.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə