\"Elektron hökümət\" proqramı müzakirə edilib

\"Elektron hökümət\" proqramı müzakirə edilib

Bu gün "Elekteon xidmətlərə keçid: mövcud vəziyyət və prespektivlər" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli İnternet Forumunun prezidenti, \"Multimedia\" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz ölkədə elektron xidmətlərin tətbiqinin əsasları, məqsədləri və mövcud vəziyyətindən danışaraq qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən "elektron hökumət"in formalaşması sahəsində siyasi iradə ortaya qoyulub, "elektron hökumət" quruculuğu istiqamətində dövlət proqramları qəbul olunub, dövlət qurumlarının elektron xidmətlərinin təşkili ilə bağlı sərəncam imzalanıb.Osman Gündüzün sözlərinə görə, son illər ərzində ölkədə internet istifadəçilərinin və əhalinin evdə olan kompüterlərinin sayı artıb, dövlət qurumlarının informasiyalaşması istiqamətində xeyli işlər görülüb, dövlət informasiya sistemləri yaradılıb və ümumiyyətlə, ölkədə elektron xidmətlərə tələbat artıb. O, elektron xidmətlərin məqsədlərindən danışaraq bildirib ki, elektron xidmətlərin tətbiqi uzun müddət növbələrdə dayanmağın, tez-tez dövlət qurumlarına üz tutmağın qarşısı alır, vaxt itkisinə yol verilmir, şəffaflığın güclənməsinə və korrupsiya hallarının aradan qaldırılmasına köməklik edir, dövlət idarəetməsini effektiv və çevik edir: "Elektron formada göstəriləcək xidmətlərin siyahısı ümumiləşdirilərək hökumətə təqdim olunub, mərkəzi icra orqanlarının internet resurslarında elektron xidmətlər bölməsi yaradılır, hər bir dövlət qurumu öz standartları əsasında informasiya sistemini formalaşdırıb, "elektron imza" infrastrukturu yaradılır".

\".


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə