Nazir: İTGİ Azərbaycanın və Yunanıstanın strateji maraqlarına tam uyğundur

Nazir: İTGİ Azərbaycanın və Yunanıstanın strateji maraqlarına tam uyğundur
Bu gündən etibarən Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinun Azərbaycana işgüzar səfəri başlayıb. SİA-nın verdiyi xəbərə görə, səfər çərçivəsində mətbuat konfransı keçirən nazir bildirib ki, bu gün Prezident İlham Əliyev və sənaye və energetika naziri Corc Papakonstantinu qəbul edəcək. Onun sözlərinə görə, səfərin məqsədi yeni qaz kəmərlərinin, Şahdəniz yatağında qazın Avropaya ötürülməsi barədə danışıqların aparılması, yeni İTGİ sistemini Azərbaycan tərəfinə çatdırılmasından ibarətdir. Nazir məlumat verib ki, bu sistem və yeni kəmər Azərbaycan, Avropa və bütün tərəfdaşlar üçün ən optimal və dolğun məlumatlardan biridir: "Təklif edilən kəmər bütün tərəflər üçün qazın nəqli baxımından ən sərfəlisidir. Bu kəmərin iqtisadi tərəfi də sərfəlidir. İTGİ Azərbaycanın və Yunanıstanın strateji maraqlarına tam uyğundur. Bu həm Yunanstan, həm də Azərbaycana strateji tərəfdən yeni imkanlar və yollar açacaq. Bundan əlavə, Azərbaycan qazının Avropaya ixracı mühüm qapı rolunu oynayacaq. İTGİ digər enerji layihələri ilə müqayisədə daha realdır. Hazırda qaz ixracı üçün ən real imkanlı layihə məhz İTGİ-dir. Layihəyə İtaliya, Yunanıstan və Fransadan olan \"Evrobas\" konsorsiumu daxildir\".

Nazir qeyd edib ki, İTGİ-nin reallaşması üçün ilkin olaraq 1,5-2 mlrd. dollar vəsait kifayət edəcək. \"Hazırda artıq 10 milyard kubmetr qazın ixracı üçün imkanlar yaranıb. Bunun ilkin olaraq 1 milyard kubmetri Bolqarıstana, 1 milyard kubmetri Yunanıstana və 8 milyard kubmetri isə İtaliyadan keçməklə digər dövlətlərə göndərilə bilər. Bu layihənin 2-ci mərhələsi kimi NABUKKO layihəsinin həyata keçirilməsi mümkündür. Ümumilikdə isə ixracatın 24 milyard dollara çatdırıla bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə