Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır
2011-ci il avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2002 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd çoxdur. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, cari ilin avqustun 1-nə bankomatların 1112-si Bakı şəhərində, 890-u isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 11272 ədəd olub. Cari dövrdə pos-terminalların 10306-sı Bakı şəhərində, 966-sı isə digər regionlarda yerləşir.
2011-ci il avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6,6% artaraq 4 milyon 429 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 324 min ədəd olub. Onlardan 95%-i debet kartlarının payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB