Transqafqaz magistral yolu layihəsi reallaşdırılacaq

Transqafqaz magistral yolu layihəsi reallaşdırılacaq
Yaxın aylarda İntellektual İdarəetmə Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, İntellektual İdarəetmə Mərkəzi Nəqliyyat Nazirliyi ilə Koreyanın \"SK C&C Co, Ltd\" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
Bu əməkdaşlıq çərçivəsində Yevlax-Gəncə magistral avtomobil yolunun yenidən qurulması və transqafqaz (Quba-Şamaxı) magistral yolu layihəsinin reallaşdırılması nəzərdə tutulur.
Azərbaycanla Koreya arasında nəqliyyat sahəsində bir sıra hökumətlərarası sazişlər imzalanması da planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə