İqtisadi İnkişaf Nazirliyi \"Müstəqil Azərbaycanın iqtisadi inkişafı\" mövzusunda müsabiqə elan edir

İqtisadi İnkişaf Nazirliyi \"Müstəqil Azərbaycanın iqtisadi inkişafı\" mövzusunda müsabiqə elan edir

MÜSABİQƏNİN ŞƏRTLƏRİ


- Müsabiqə 2011-ci il 1 avqust tarixində başlayır və 2011-ci il 1 noyabr tarixində yekunlaşır;


- Müsabiqə iştirakçıları 2011-ci ilin 1 avqust tarixindən 10 oktyabr tarixinədək Nazirliyin rəsmi internet saytındakı anket formasını doldurmalı, məqalə və onun qısa xülasəsini, şəxsiyyətini təsdiq edən sənədin surətinin elektron variantını [email protected] e-poçt ünvanına göndərməlidir. SİA-nın Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə:


- Müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və xaricdə təhsil alan Azərbaycan gəncləri tək və ya müştərək halda iştirak edə bilərlər;


- Məqalə 10 - 15 səhifə həcmində (18000 - 27000 işarə), 14 şrift, Times New Roman, sətirlər - 1.5 intervalında olmalıdır;


- Titul vərəqində müəllifin, təhsil aldığı müəssisənin və məqalənin adı göstərilməlidir;


- Məqalə Azərbaycan dilində (tövsiyə olunur) və ya xarici dillərdə (rus və ingilis) təqdim edilə bilər;


- Məqalədə istifadə olunmuş ədəbiyyatın siyahısı göstərilməlidir;


- Məqalənin sonunda \"İqtisadi İnkişaf Nazirliyi tərəfindən \"Müstəqil Azərbaycanın iqtisadi inkişafı\" mövzusunda tələbə-gənclər arasında elan edilmiş müsabiqəyə təqdim edilir\" sözləri qeyd olunmalıdır;


- Təqdim olunmuş məqalə geri qaytarılmır;


- Məqalələrin təqdim olunma vaxtının bitməsindən sonra 20 gün ərzində İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya qalibləri müəyyən edir və mükafatlandırır;




Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır:


Birinci yer - 500 (beş yüz) manat


İkinci yer - 350 (üç yüz əlli) manat


Üçüncü yer - 250 (iki yüz əlli) manat


Həvəsləndirici mükafat - 100 (yüz) manat.

Bütün xəbərlər Facebook səhifəmizdə