Serbiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
Nəqliyyat sahəsində Serbiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, müxtəlif nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. SİA-nın Nazirliyin məlumatına isitinadən, Serbiyanın Xarici İşlər Naziri cənab Vuk Yeremiçin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nəqliyyat Nazirliyində görüş keçirilib. Nümayəndə heyətini Nəqliyyat nazirinin müavini cənab Musa Pənahov qəbul edib.
Serbiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Zoran Vayoviçin Azərbaycan Respublikasının Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun da iştirak etdiyi görüşdə tərəflər nəqliyyat sahəsində Serbiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, müxtəlif nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB