AIF xətti Ilə “Unibank”ın ayirdiği ipoteka kreditləri üzrə portfeli 17,5 milyon manata çatib
"Unibank" ASC-nin, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirilən ipoteka portfelinin həcmi 17,5 milyon manata çatdırıb. SİA-nın xəbərinə görə, ilin əvvəlindən "Unibank", AİF-in müvəkkil banklarından biri kimi, vətandaşlara 4 milyon 200 min manat məbləğində 111 ipoteka krediti ayırıb. Bu göstərici ölkə üzrə İpoteka Fondu xətti ilə verilən kreditlərin 7% təşkil edir. Bütövlükdə isə, 2006-cı ildən 2011-ci ilin avqustun 31-ə qədər, Bank tərəfindən 447 ipoteka krediti ayrılıb. Onlar sırasında sosial ipoteka üzrə 1 milyon 226 min manat həcmində 40 kredit vardır. Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust aylarında "Unibank"ın ipoteka portfeli 35%, borcalanların sayı isə 30% artmışdır. Ötən ilin yekunlarına görə, ipoteka portfelinin artımı 5,25 milyon AZN səviyyəsində olmuşdur. 2011-ci ilin sonuna isə Bankın AİF xətti ilə ayırdığı ipoteka kreditlər üzrə məcmu portfeli ən azı 18 mln. manat səviyyəsində gözləınilir.
Xatırladaq ki, 2009-cu ilin iyun ayının 1-dən "Unibank" AİF xətti ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa etmişdir. Yaşayış evlərin alınması üçün kreditlər Bank tərəfindən İpoteka Fondunun, AİF-in öz istiqrazlarını buraxmasından əldə etdiyi vəsaiti hesabına verilir. İpoteka kreditləri manatla və ancaq Azərbaycan vətəndaşlarına 3 ildən 25 ilə qədər müddətə ayrılır. Kreditin maksimal məbləği 50 min manatdan artıq ola bilməz, borcalanın ilkin ödəməli olduğu haqq isə onun tərəfindən alınacaq yaşayış sahəsinin ən azı 20%-ni təşkil etməlidir. AİF-in şərtlərinə görə, ipoteka kreditləri 8%-dən artıq olmayan faiz dərəcəsi ilə verilir. Kredit üzrə aylıq ödəniş borcalanın məcmu gəlirinin 70%-ni aşmamalıdır. Bu zaman borcalan mütləq öz həyatını və əmək qabiliyyətini, habelə ipoteka ilə əldə olunan əmlakı sığorta etməlidir. Sosial ipoteka üzrə verilən kreditin maksimal həcmi 35 min manat təşkil edir, borcalanın ilkin ödəmə haqqı isə, müvafiq olaraq, onun tərəfindən alınacaq yaşayış sahəsinin dəyərinin 15%-dən az olmamalı, faiz dərəcəsi isə - 4% təşkil edir.
Vətəndaşların ipoteka krediti almaq üçün ərizələri ciddi növbəlilik qaydasında qəbul edilir və nəzərdən keçirilir. Hazırda ipoteka kreditlərinin verilməsi Bankın Bakıdakı 3 filialı - "Yasamal", "Sahil" və "Neftçilər" filialları, habelə iki regional filial - Sumqayıt və Gəncə filialları - vasitəsi ilə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



