Stiv Cobs və Evrika əfsanəsi və ya \"APPLE\"-in mühakiməsi

Stiv Cobs və Evrika əfsanəsi və ya \"APPLE\"-in mühakiməsi

Stiv Cobsun Apple-dan istefaya getməsi onun şəxsiyyəti, nailiyyətləri və ümumiyyətlə onun həyata baxışı haqqında çoxlu söz-söhbətin ortaya çıxmasına səbəb oldu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Stiv Cobsun uğuru bu günlərdə mətbuatda belə desək mühakimə olunur. Belə ki, indi onun haqda yazılanları sizə təqdim edirik. \"O, həqiqətən diqqətə layiq insandır. Bu insan texnologiyalar dünyasında dəyişiklik edib və Apple-ın hazırkı əzəmətinin və nüfuzunun yaranmasında misilsiz rol oynayıb. Məhz onun sayəsində hələ bu ayın başlamasına cəmi bir neçə saat qalmış Apple dünyanın ən dəyərli açıq ticarət kompaniyasına çevrilib\".

Lakin bugünkü mətbuat aləmində xeyli yer almış \"Stiv xüsusi ilhamı olan bir alimdir və onun uğurlarının əsas səbəbi öz intuisiyasına arxalanaraq riskə getməsidir\" fikrinə aludə olmaq böyük yanlışlıq olardı. \"Haradan gəlməsi bəlli olmayan\" ilham məbədində dua etmək əvəzinə, biz gərək mövcud fürsətlərdən yararlanaraq Apple-ı uğura aparan fundamental strategiyaları nəzərdən keçirək.

Biz hamımız ilham və zəhmətkeşlik arasındakı balans haqqında qədim məsəli eşitmişik. Hamıya bəllidir ki, adətən çox da böyük zəhmət tələb etməyən işlərlə rastlaşanda, nədənsə bu məsəldə deyilənləri unutmağa meylli oluruq. Gəlin elə Apple-ın timsalında hər şeyə baxaq. Ötən onillik göstərir ki, şirkətin və onun məhsullarının müvəffəqiyyət zirvəsinə yüksəlişi demək olar ki, qaçılmaz olmuşdur. Hər növbəti məhsul özündən əvvəlkindən daha yaxşıdır; hər yeni məhsul elə ilk gündən nömrə birə çevrilir; Apple dükanlarından kənarda isə çoxlu sayda müştərilər var ki, onlar sadəcə bu məhsulları xoşlamaqla kifayətlənmir- bu məhsulları sevirlər.

Hər dəfə yeni avadanlıq və ya reklam çıxanda, adama elə gəlir ki, Apple bu möhtəşəm, əsrarəngiz hazırlanmış məhsulları əyninə uzunboğaz köynək geyinmiş bir neçə dahi alimin beynindən çəkib gətiribdir. Zahirdən baxdıqda Apple-ın sehrli məlhəmi kimi ilhamdan yaranmış dizayn, həmçinin o dizaynın marketinqi görünə bilər. Başqa sözlərlə desək 90% ilham və 10% zəhmətkeşlik (son iPod və ya iPad əldə etməyi dəlicəsinə arzulayan müştərilərdən ilham alaraq yaradılmış məhsullar. iPhone 5 ya \"Evrika!\"

Həqiqət isə əslində çox fərqlidir.

Mif

Gerçəklik

ilhamlı innovasiya

10 ədəd piksel-mükəmməl prototipi yaratmaq və onların arasında seçim etmək

ilhamlı dizayn

Daha maraqlı müşayiət əhvalatı hazırlamaq (yayındırıcı əhvalat, dizayn biznesinin müxtəlif təbəqələrini məhsul çıxmadan öncə təşvişə salaraq yanlış istiqamətə göndərmək)

dahiyanə ilhamla yaradılmış marketinq

Ən yaxşı müştəri təcrübəsinə əsaslanaraq müştərilərləmükəmməl danışıqlar və əlaqələrin qurulması

Apple çox istəyərdi ki, biz onun bütün bu \"Evrika\"-sına inanaq. Lakin Apple hər bir funksiya üçün 10 ədəd piksel-mükəmməl prototipi istehsal edir. Bu prototiplər rəqabət apararaq əvvəlcə üçə qədər sovurulur, (yəni onların içində üç ən yaxşısı seçilir), sonra isə yalnız bir çox yüksək qiymətləndirilən yeganə qalib seçilir. Çünki Apple dəqiq bilir ki, sən daxildə nə qədər çox rəqabət aparsan, xaricdə bir o qədər az rəqabət aparmalı olacaqsan.

Biz hamımız sanki Apple-ın adi bir detaldan tutmuş ekrana qədər, hətta qablaşdırmanın da gözəl dizaynının ovsununun sehrinə düşmüşük, amma unutmaq lazım deyil ki, biz yalnız həmin sehrbazların bizə göstərmək istədiklərini görürük. Musiqi kompaniyaları ilə aparılan gərgin 1 aylıq danışıqları isə bizə heç kəs göstərmir. Həmçinin biz üç il ərzində Macbook Air-nın həqiqətən də daha zərif, daha yüngül və doğrudan da davamlı olması (10 saatlıq batareya) üçün lazım olan təchizat kanalları ilə bağlı aparılan təlim proseslərini də görmürük. Bütün bu təkmilləşmələr iPhone-un dahi ekran texnologiyası ilə qovuşduqda iPad (məşhur Air/iPhone hibridi) əsl partlayışa səbəb oldu.

Maraqlı əhvalat ilə müşayiət olunmayan bir avadanlıq içində mühərrik olmayan Ferrariyə bənzəyir: gözəldir, amma heç yerə gedə bilmir. Siz sadəcə Sansa, eReader, Zune və onlarla Apple məhsullarının əleyhinə çıxan, lakin heç bir uğur qazana bilməyən şirkətlərdən soruşun.

Və əlbəttə ki marketinq: dahiyanə marketinq. Heç kəs özünə diqqət çəkməkdə Apple qədər mahir ola bilməz. Lakin özünü doğrultmayan diqqət yanmış saman çöpünə bərabərdir. Sehrbazlar bircə \"Presto!\" deyir və biz rahat nəfəs almağa başlayırıq. Lakin onlar bizim diqqətimizi ən yaxşı müştəri təcrübəsini tapmağa sərf olunmuş ağır zəhmətdən, bütün dünya üzrə yayılmış 300-dən çox dükanda gündə yüz dəfələrlə qarşı-qarşıya aparılan və saysız hesabsız telefon danışıqlarından yayındırmağa çalışır.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня