Azərbaycanın \"Belaruskaliy\" ASC-ə 300 milyon dollarlıq istiqraz qoyuluşu Belarus tərəfinə verilib
Azərbaycanın \"Belaruskaliy\" ASC-ə etdiyi 300 milyon dollarlıq istiqraz qoyuluşu Belarus tərəfinə verilib. SİA-nın \"İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, istiqrazlar artıq Dövlət Milli Bankının qızıl valyuta ehtiyatlarına qatılıb. Cəmiyyətin baş direktoru Valeriy Kirienko da faktı təsdiqləyib. O, qeyd edib ki, Azərbaycandan daxil olan kreditlər faktiki olaraq qızıl valyuta ehtiyatlarına qatılıb.
Qeyd edək ki, iyulun sonlarında Belarus tərəfi Azərbaycandan 300 milyon dollarlıq borc götürmək qərarına gəlib. Əldə edilən vəsait \"Belaruskaliy\" ASC-nin investisiya qoyuluşlarını reallaşdırmağa, həmçinin Belarusun 2011-2015-ci illər arasında sosial-iqtisadi inkişafı proqramını həyata keçirməyə imkan verəcək. Dövlət isə \"Belaruskaliy\" \"Kapitalbank\" ASC (Azərbaycan), Maliyyə Nazirliyi, Belneftekim və \"Priorbank\" arasında imzalanmış müqavilədən sonra zamin durmağa razı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB