Barak Obama: “Sentyabr ayına dəqiq bir iqtisadi planla ABŞ iqtisadiyyatını dirçəldəcəyik”
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama zəifliyən ölkə iqtisadiyyatı ilə bağlı növbəti ayda dəqiq bir planla konqresdə çıxış edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezidentin əsas rəqibləri olan respublikaçıların kəskin tənqidindən sonra B.Obama bu açıqlama ilə çıxış edib. Onu da qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi ABŞ iqtisadiyyatının hal-hazırkı vəziyyətinin tək səbəbkarı kimi B.Obamanı göstərir. Respublikaçılar B.Obamanın Minnesota, İova və İllinois bölgələrinə səfəri zamanı verdiyi bu açıqlamaları qurtarma planından çox seçki təbliğatına bənzədib. Analitiklər isə, hal-hazırda ABŞ-da yaranan 9%-lik işsizlik probleminin Respublikaçılar tərəfindən 2012-ci il seçkilərində Obamaya qarşı istifadə edəcəyi başlıca maddələrdən biri olacağını düşünürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB