ARDNŞ-nin ekologiya üzrə mütəxəssisləri tullantıların idarə olunması sahəsində Almaniya təcrübəsini öyrənirlər
ARDNŞ-nin bir qrup nümayəndə heyəti tullantıların idarə edilməsi sahəsində müasir texnologiya və qabaqcıl təcrübə ilə yaxından tanış olmaq üçün Almaniyaya ezam olunublar. SİA-nın xəbərinə görə, ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Hannover və Bremen şəhərlərində tullantıların idarə olunması üzrə fəaliyyət göstərən istehsalat sahələrində olublar. Səfər müddətində istehsalat sahələrində neftli suların, qazma şlamının və istehsalat proseslərində yaranan digər tullantıların çeşidlənməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi, təkrar emalı və utilizasiyası prosesində istifadə olunan müxtəlif avadanlıq və texnoloji proseslərə baxış keçirilmişdir. Qeyd edək ki, hazırda ARDNŞ-nin tullantıların idarə olunması mərkəzinin yenidənqurulması üçün Texniki-iqtisadi əsaslandırma və layihə sənədləri üzərində işlər başa çatdırılmaqdadır. Gələcəkdə layihə üzrə Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və bu sahədə müasir texnoloji proseslərin tətbiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq inkişaf etmiş ölkələrin tullantıların idarə olunması sahəsində təcrübəsinin öyrənilməsi və gələcəkdə ARDNŞ-nin fəaliyyət sahələrində tətbiq olunması baxımından, Almaniyanın Hannover və Bremen şəhərlərinə təşkil edilmiş səfər xüsusi əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB