Neftin qiymətində artım baş verib
İyulun 7-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 1,01 dollar qalxaraq 117,06 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTI markalı neftin bir barelinin qiyməti 1.78 dollar artaraq 97,71 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə