İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Səbail rayonunda
- Salyan şossesi, ev 2 ünvanında Asəf Məmmədbəyova məxsus mağazada;
Xəzər rayonunda
- Pirallahı qəsəbəsində Eyvazxan Məlikova, Gülnaz Əliyevaya məxsus mağazalarda və \"Ahəs market\"də;
- A.İldırım küçəsi, 832b saylı bağ ünvanında yerləşən \"Vüsal market\"də;
Nərimanov rayonunda
- Ü.Bünyadzadə küçəsi, 17 ünvanında yerləşən \"Makro market\"də;
Nizami rayonunda
- A.Manafov küçəsi, ev 1 ünvanındakı \"Könül market\"də;
- B.Nuriyev küçəsi, ev 37 B ünvanında Kəmalə Əliyevaya məxsus mağazada;
Siyəzən şəhərində
- H.Əliyev küçəsində Nazir Allahverdiyevə məxsus mağazada;
Biləsuvar rayonunda
- Nizami küçəsində Fəxri İsmailzadəyə və Mətləb Muradova məxsus mağazalarda;
Gənəcə şəhərində
- Təbriz küçəsində Zahid Həsənova məxsus mağazada;
ümumi çəkisi 255 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB