Bu ilin payızında Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi üzrə danışıqlar başlayacaq. Bu haqda mətbuata hazırda Brüsseldə səfərdə olan Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramının Azərbaycan üzrə milli koordinatoru Vüqar Bayramov bildirib.
Avropa Komissiyası və eləcə də Avropa Birliyinə sədrlik edən Polşa hökumətinin rəsmilləri ilə görüşlər keçirən V. Bayramov deyib ki, artıq viza liberallaşdırılması ilə bağlı Avropa Komissiyasında sənədlər hazırlanır. Danışıqlar sürətli aparılarsa o zaman gələn ildən Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza və ya hətta qısa müddət üçün vizasiz Avropa Birliyinə səfər etməsi mümkün olacaq.
Rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) viza lebarallaşdırılması ilə bağlı layihə həyata keçirdiyini və mərkəzinbu sahədəki bir sıra təkliflərinin Azərbaycan hökuməti tərəfindən qəbul edildiyini bildirən V.Bayramov bildirib ki, qısa müddətdən sonra ölkəmizə gələn əcnəbilər də sadələşdirilmiş üsul ilə viza ala biləcəklər. Onların vizaya on-line və eləcə də səyahət agentlikləri vasitəsi ilə müraciət etməsinin reallaşması üzərində işlər gedir.
V.Bayramov onu da deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı viza liberallaşdırılması sözügedən qitə ilə ölkəmiz arasında iqisadi əlaqələrin genişləndirilməsinə və qeyri-neft sektoruna daha çox investisiyanın cəlb edilməsinə imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB