“Atəşgah” SŞ əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb

“Atəşgah” SŞ əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ təqdim etdiyi könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, bundan sonra Mingəçevir və Gəncə şəhər sakinləri, eləcə də regionları səyahət etməyi sevənlər öz istirahətlərini və yaxud işgüzar ritmini pozmadan, qiymətli vaxtını tibb müəssisələrinin axtarışına sərf etməyəcəklər.

"Atəşgah" SŞ-nin könüllü tibbi sığorta proqramı üzrə sığorta olunanlar Mingəçevirdə fəaliyyət göstərən "Euromed" və "Şəfa", həmçinin Gəncədə yerləşən "Yeni Gəncə" tibb mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən müayinə və müalicə almaq imkanı əldə ediblər.

İnsan üçün səhhətindən dəyərli heç bir şey ola bilməz və bunu anlayaraq istənilən vəziyyətdə ixtisaslaşmış mütəxəssislərdən tibbi xidmət almağın mümkünlüyündə arxayın olmaq vacibdir.

Bununla yanaşı, Şirkət, "Zəfəran" regional apteklər şəbəkəsi ilə də müqavilə bağlayıb. Bu, şirkət müştərilərinə lazım olduğu zaman bütün gərəkli dərman preparatlarını könüllü tibbi sığorta polisi çərçivəsində elə yaşadığı rayonun hüdudlarından kənara çıxmamaqla əldə etmək imkanını verəcək.

Hazırda "Atəşgah" SŞ-nin könüllü tibbi sığorta çərçivəsində tərəfdaşları olan tibb müəssisələrinin sayı 60-dan artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə