\"Bakıelektrikşəbəkə\"nin bütün abonentləri sayğacla təmin olunub. Bakı və ətraf qəsəbələrdə 700 minə yaxın sayğac quraşdırılıb. Bu isə o deməkdir ki, bütün abonentlərimiz sayğacla təmin olunub və istifadə olunan bütün elektrik enerjisinin hesabatı sayğaca uyğun olaraq dəqiq aparılır\". "Bakıelektrikşəbəkə\" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu barədə SİA-ya danışaraq bildirib ki, hazırda SMS-lə idarə olunan sayğacların quraşdırılması sınaq mərhələsindədir. Bu sayğaclarda yükləmə kartı yoxdur. Abonent istənilən ödəmə məntəqəsindən (internet, poçt, bank və s.) istifadə etmək istədiyi miqdarda enerji məbləğini ödəyir, yeni qurulan sistem vasitəsilə həmin məbləğ sms vasitəsilə sayğaca ötürülür. Hər hansı bir əməliyyat həyata keçirmədən abonent elektrik enerjisindən istifadə edə bilər. Gələcək mərhələdə abonent heç bir yerə getmədən mobil telefonunun balansından pul ayırmaqla göndərdiyi SMS sayəsində də elektrik enerjisi ala biləcək. Hələlik bu layihənin reallaşdırılması istiqamətində iş gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB