1, 3, 5 qəpiklər lazımsız əşyaya çevrilib. Bu gün yalnız bir necə alqı-satqı mərkəzlərində xırda qəpiklər qəbul olunur və müştəriyə verilir. Bu hal istisna olmaqla xırda qəpiklərdən nə alqı-satqı, nə avtobusdan gediş haqqı, nə də bazarlarda istifadə etmək mümkündür. Satıcılar onu qəbul etməkdən imtina edir. Bəzi ticarət dükanlarında 5 qəpikliyi belə qəbul etmirlər. Əksər hallarda isə xırda qəpiklərin yerinə sovet dövründə olduğu kimi kibrit qaytarılır.
Qeyd edək ki, xırda pullar 2006-cı ildə Azərbaycanda həyata keçirilən denominasiya prosesi zamanı dövriyyəyə buraxıldı. Ancaq çox az vaxtda istifadəyə yaramadı.
Məsələ ilə bağlı fikrini öyrəndiyimiz hüquqşünaslar 1, 3, 5 qəpiklərin qəbul edilməməsinin hüquq pozuntusu olduğunu deyirlər. Onlar bildirirlər ki, 1, 3, 5 qəpiklər dövriyyədə olduğu üçün qəpiklərin götürülməməsi qanunvericiliyə ziddir və hətta buna görə həmin şəxsə qarşı qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülə bilər.
İqtisadi Təşəbbüslərə Yardım mərkəzinin rəhbəri Azər Mehdiyev isə problemi inflyasiya kimi qiymətləndirib: "1, 3, 5 qəpiklərin istifadəsində texniki cəhətdən problemlər var. Məhsullara qəpiklə qiymət qoyulduğu halda onun qəbul olunmaması qanun pozuntusudur. Qəpiyin dəyərdən düşməsinə səbəb isə qiymətlərin süni şəkildə şişirdilməsidir. Bunun nəticəsində xırda qəpiklər dövriyyədən çıxır".
İqtisadçı Vüqar Bayramov isə xırda sikkələrin dövriyyədən çıxmasının vaxtının çatdığını deyir: "Bu təcrübədən bir çox ölkələrdə istifadə olunub. Məsələn ABS-da əvvəlcə 5 dollar, sonra isə 10 dollar istifadə olunmadığı üçün çapının dayandırılması ilə bağlı qərar qəbul olundu. Azərbaycanda isə demək olar ki, 1, 3, 5 qəpiklik istifadəsi tamamilə məhdudlaşıb. Bu qəpiklərlə heç bir şey almaq mümkün olmadığı üçün onlardan istifadə olunmur. Bu isə normal haldır. Ona görə xırda pulların istifadəsinin dayandırılması ilə bağlı qərar verilməsi tamamilə labüddür. Bunun heç bir mənfi təsiri ola bilməz".
Qeyd edək ki, 1 qəpiyin çəkisi 2.8 qr, 3 qəpiyin çəkisi 3.45 qr, 5 qəpiyin çəkisi isə 4.85 qramdır. Bu sikkələr əsasən Böyük Britaniyada istehsal olunur. 1, 3 və 5 qəpiklər mislə döyülmüş poladdan hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB