Ceyhanda 1579-cu neft tankeri boşaldılıb

Ceyhanda 1579-cu neft tankeri boşaldılıb

"Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərinin Türkiyə hissəsinin operatoru olan Botas International Limited (BIL) şirkəti, Ceyhandakı neft terminalında neft boşaldılması üzrə məlumatları açıqlayıb. SİA-nın xəbərinə görə, BTC-də neftin boşaldılmasına başlandığı dövrdən (2 iyun 2006-cı il) 10 iyul 2011-ci ilə qədər Ceyhandan 1579 neft tankeri boşaldılıb. BTC-nin işə başlamasından bu günə qədər onunla 1,228 milyon barrel neft nəql edilib.

Qeyd edək ki, BTC-nin gücü sutkada 1,2 milyon barrel neftdir.

Bütün xəbərlər Facebook səhifəmizdə