“Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində qaz təchizatı dayandırılacaq
Cari təmir işləri ilə əlaqədar olaraq 22.06.2011-ci il tarixdə saat 1000-dan 500 mm-lik "Qaradağ-Sumqayıt" və "Sumqayıt-Yaşma" qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, Təmir müddətində Abşeron rayonunun Müşviqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB