Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

2011-ci il may ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1947 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 ədəd çoxdur. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cari ilin mayın 1-nə bankomatların 1078-i Bakı şəhərində, 869-u isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 9435 ədəd olmuşdur. Cari dövrdə pos-terminalların 8576-sı Bakı şəhərində, 859-u isə digər regionlarda yerləşir.

2011-ci il may ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6% artaraq 4 milyon 353 min ədədə çatmışdır. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 milyon 654 min ədəd olmuşdur. Onlardan 94,7%-i debet kartlarının payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə