İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər aparıb. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə monitorinq zamanı
Bakının Nəsimi rayonunda
-A.Mustafayev küçəsində Mahir Allahverdiyevə və İlham İskəndərova məxsus mağazalarda ;
-A.Məhərrəmov küçəsi, 25A (3004-cü məhəllə) ünvanında yerləşən \"Səbət market\"də;
- A.Məhərrəmov küçəsi, 20A ünvanında Seyran İsrafilova məxsus mağazada;
Binəqədi rayonunda
-Y.Hüseynov küçəsi, ev 61 ünvanında Yaqub Məmmədova məxsus mağazada;
- Natəvan küçəsi, ev 12 ünvanında Aqşin Xudiyevə məxsus mağazada;
- 2-ci Mədən küçəsi, ev 35 ünvanında Qoşqar Allahverdiyevə məxsus mağazada;
- 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 15 ünvanında Şahlar Allahverdiyevə məxsus mağazada;
- Azadlıq prospekti, ev 157 ünvanında Nazim Quliyevə məxsus mağazada;
Səbail rayonunda
- İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən \"Lahmacun\" ictimai-iaşə obyektində;
Nərimanov rayonunda
-Böyük Şor qəsəbəsində yerləşən \"Nur market\"də;
-F.Xoyski küçəsi, 130 ünvanında \"Buta Treyd\" MMC-yə məxsus mağazada;
-M.Əlizadə küçəsində Nazim Mehdiyevə və Yeganə Muradovaya məxsus mağazalarda;
Gəncə şəhərində
-N.Nərimanov prospekti, 355 ünvanında Zaur Rzayevə məxsus mağazada;
-P.Səmədov küçəsində Canpolad Hüseynova məxsus mağazada;
Xaçmaz rayonunda
-Bakı prospektində Ədalət Mədətova məxsus mağazada;
Sabirabad rayonunda
-H.Əliyev prospektində Əşrəf Hacalıyevə və Rafiq Mikayılova məxsus mağazalarda;
ümumi çəkisi 470 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB