Bakıda ucuz evi necə və harada almaq olar? - EKSPERT DANIŞDI

“Satmaq öhdəliyi ilə mənzillərin uzunmüddətlik kirayə verilməsi mexanizminə 2020-ci ildən start verilib. Həmin tarixdən bu günə qədər, təqribən 4 il ərzində 6 min 974 mənzil Bakı, Xırdalan, Saray və Sumqayıt şəhərlərində sakinlərə verildi. Bu proses bu gündə davam etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ramil Osmanlı sözlərinə belə davam edib: “Ümumilikdə, paytaxtın müxtəlif ərazilərində və qeyd etdiyim ünvanlarda bununla bağlı müxtəlif zamanlarda tam təmirli mənzillər öz sahiblərinə təqdim olunur. Deməli bu kirayə öhtəliyi ilə mənzillərin uzun müddətlik kirayə mexanizmi şəxsin öz adına deyil. Bu ipoteka krediti zəmanət fondu tərəfindən təmirli şəkildə əldə olunmuş, alınmış və sonradan vətəndaşlara təklif olunan mənzillərə aiddir. Burada şərtlər var. Şərtlər ondan ibarətdir ki, vətəndaş mütləq şəkildə aylıq ödənişi 12 mislin yəni 1 illik aylıq ödənişi ödəməlidir. Azərbaycan manatı ilə verilir. Kirayə müqaviləsi bağlanan gündən müğavilə edilir. Minimak müddəti 3 ildir, Maksimum müddəti 25 ildir. Yəni o deməkdir ki, 3 ildən tez kirayə öhtəliyi bağlana bilməz. Maksimum 25 ildir. Burada vətəndaş mütləq Azərbaycan Respublikasının vətəndaşı olmalıdır, məhkumluluğu olmamalıdır. Müraciət vaxtı keçmiş öhdəliklər olmamalıdır. Müraciət anında yaşı 60 olmalıdır , yəni yaşı 60-ı keçməməlidir, rəsmi gəlirlərə malik olmalıdır. Eyni zamanda paralel olaraq eyni anda sonda iki kirayə müqaviləsi üzrə kirayə münasibətlərində olmamalıdır.

Tələblərdən biri də ondan ibarətdir ki, həmin mənzillər ipoteka tələblərindən alınan mənzillər 2013- cü il yanvar ayının birindən bu yana inşa edilmiş binalardan alınmalıdır. Şəhərsalma və tikinti məcəlləsi qəbul olunduqda, qüvvəyə mindiyi tarixdən bu yana tam təmirli qaz, su və elektirik ilə təcis olunur. Eyni zamanda təbii ki, müvafiq tikinti standartlarına uyğun şəkildə inşa olunmuş təmirli mənzillər. Bax tələblər bundan ibarətdir. Üstünlüyünü qeyd etdim. Yəni bunun ipoteka mexanizmdən fərq ondan ibarətdir ki, burada vətəndaşdan ilkin ödəniş tələb olunmur. İlkin ödəniş yoxdur sadəcə aylıq kirayə məbləğinin 12 mislini qabaqcadan ödəmək tələb olunur şərti olaraq. Eyni zamanda təbii ki, qeyd etdiyim kimi mənzillər ipoteka kredit zəmanət fondunun tərəfindən mütləq siyahıda yəni müvafiq elektron sistemdə yerləşdirilmiş olmalıdır. Vətəndaş da elektorn müracit edib , seçim etməlidir. Yəni üstünlük tərəfləri bundan ibarətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə