Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb
Hesablama Palatasının 2023-cü il üzrə audit planına uyğun olaraq məxfi rejimdə aparılan auditlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 3,8 milyon manatlıq bərpa tədbirləri müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Palatanın 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında bildirilir.
Bildirilib ki, bu məbləğin 2,9 milyon manatı artıq dövlət büdcəsinə qaytarılıb. Qalan 0,9 milyon manatın bərpası isə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB