Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq

Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə