DİQQƏT: Bu ərazilərdə elektrik enerjisi kəsiləcək

Biləcəri ETSİ-nə (enerji təchizatı və satışı idarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə SİA-ya "Azərişıq”dan bildirilib.

Məlumata görə, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bundan başqa, Xəzər RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə