Dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığı var - Xidmət rəisi

Azərbaycanda kibertəhlükəsizlik sahəsində mütəxəssislərə çox böyük ehtiyac var. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

"Xidmət olaraq bizim dövlət orqanlarında kibertəhlükəsizliklə bağlı müəyyən tələblərimiz var. Amma bu tələblərin yerinə yetirilməsi üçün həmin qurumlarda kadr çatışmazlığı yaşanır. O kadr çatışmazlığını aradan qaldırmaq üçün bütün dövlət orqanları səy göstəriməlidir ki, bu sahəni ölkədə qaldıraq", - deyə İ.Musayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə