AMB onlarla əməkdaşlığa başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA tənzimləyici quruma istinadən xəbər verir ki, sənədin əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə