Paytaxtın Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub - FOTO

Paytaxtın Yasamal rayonunun Mikayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsində aparılan təmir işləri yekunlaşıb. Sözügedən hissənin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Küçənin sözügedən hissəsi istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə